Sürücülərin nəzərinə: bu yollar sabahdan bağlı olacaq


29 oktyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində isə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq.

AFN.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq:

“Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu