Bu yollar saat 15:00-dan bağlı olacaq


Bu gün saat 15:00-dan etibarən paytaxtın bəzi ərazilərində təmir işləri aparılacaq.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq: “Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində və Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə təmir işləri görüləcək. Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu