Media: Alice Huang Çin kəşfiyyatı ilə əlaqədə olub



The New York Times qəzetinin məlumatına görə, Nvidia ətrafında yaranan son qalmaqalın mərkəzində olan çinli qadın Elis Huang şirkətin keçmiş baş icraçı direktoru Censen Huang ilə münasibətdə olduğu müddətdə bir ildən çox Çin kəşfiyyatının ən yüksək qurumlarından birinin rəsmisi ilə əlaqə saxlayıb. 

AFN.az xəbər verir ki, qəzet bu məlumatı görüşlərdən bəhs edən kəşfiyyat hesabatları barədə məlumatlı şəxslərə istinadən yayıb.

Materialda bildirilir ki, Elis Huang 2025-ci ilin yazından 2026-cı ilin payızınadək Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin bir əməkdaşı ilə əlaqədə olub.

Censen Huangın sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib. Nvidia şirkətinin və Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri isə şərh almaq üçün göndərilən sorğulara hələ cavab verməyiblər.

Elis Huang daha əvvəl bir müddət milyardlarla dollarlıq Nvidia çiplərinin satışında pay sahibi olmuş mühüm müştərilərdən biri sayılan, Sinqapurda yerləşən Megaspeed International şirkətinə rəhbərlik edib. ABŞ rəsmiləri Nvidia-nın qabaqcıl süni intellekt çiplərinin Çinə qaçaqmalçılıq yolu ilə aparılması ilə bağlı narahatlıqlar səbəbindən 2024-cü ildən etibarən Megaspeed şirkətini araşdırırlar.

NYT-nin bazar günü dərc etdiyi material qəzetin ötən ay yaydığı xəbərin ardınca ortaya çıxıb. Həmin xəbərdə ABŞ rəsmilərinin Elis Huangın casus olması ilə bağlı ilkin iddialara şübhə ilə yanaşdığı bildirilmişdi. Oktyabrın 29-da dərc olunan məqalə iki həftə sonra Censen Huangın istefasına və Nvidia səhmlərinin qiymətində kəskin enişə səbəb olan qalmaqala yol açmışdı.

Tramp administrasiyasının rəsmiləri Elis Huangın Çin naminə casusluq etdiyi qənaətinə gəlmədiklərini dəfələrlə bildiriblər. ABŞ baş prokurorunun müavini Todd Blanş bu ay verdiyi açıqlamada Ədliyyə Nazirliyinin Huangın Çin casusu olub-olmadığı ilə bağlı hələlik hər hansı nəticəyə gəlmədiyini söyləyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu