Merkurinin orbitinə daxil olan "BepiColombo"nun mühərrikində nasazlıq yaranıb



Avropa və Yaponiya tərəfindən birgə hazırlanan "BepiColombo" kosmik aparatı səkkizillik səyahətdən sonra Merkurinin orbitinə daxil olan ikinci kosmik aparat olub. 

AFN.az xəbər verir ki, Avropa Kosmik Agentliyi aparatın orbitə daxil olması zamanı itələyici mühərriklərində nasazlıq yarandığını açıqlayıb.

Yalnız Ay qədər bir qədər böyük olan Merkuri Günəş sisteminin daxili hissəsindəki dörd planet arasında ən az öyrənilmiş göy cismidir. "BepiColombo" isə bu planeti ziyarət edən üçüncü, onun orbitinə daxil olan ikinci kosmik aparatdır.

Missiya Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə layihəsidir. ESA şənbə günü "BepiColombo"nun Merkurinin orbitinə daxil olduğunu təsdiqləyib. Bazar günü sosial şəbəkələrdə yayılan açıqlamada aparatın orbitə uğurla yerləşdiyi bildirilsə də, manevr zamanı proqram təminatında yaranan problemdən sonra mühərriklərin işə salınma müddətinin planlaşdırılandan daha qısa olduğu qeyd edilib.

ESA-nın açıqlamasında kosmik aparatın təhlükəsiz vəziyyətdə olduğu və Avropa Kosmik Əməliyyatlar Mərkəzindəki (ESOC) mütəxəssislərin baş verənlərin səbəbini müəyyənləşdirmək üçün çalışdığı bildirilib. Agentlik əlavə məlumatın sonradan açıqlanacağını da qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu