Brent markalı neftin qiyməti 92,55 dollara yüksəlib
Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 92,55 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 93,59 dollara qədər bahalaşan Brent neftinin yanvar fyuçersləri üzrə bir barelinin qiyməti günü 91,98 dollardan başa vurub.
Bu gün Bakı vaxtı ilə saat 10:25-ə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,5 faiz artaraq 92,55 dollara çatıb. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin yanvar fyuçersləri üzrə bir barelinin qiyməti 82,88 dollar olub.
Texniki təhlilə əsasən, Brent nefti üçün 93,03 dollar müqavimət, 91,59 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
