Brent markalı neftin qiyməti 92,15 dollara yüksəlib



Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 92,15 dollardan satılır. 

AFN.az xəbər verir ki, dünən 93,54 dollara qədər bahalaşan Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 91,95 dollardan başa vurub.

Bu gün Bakı vaxtı ilə saat 10:31-ə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,2 faiz artaraq 92,15 dollara çatıb. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin yanvar fyuçerslərinin bir bareli 82,27 dollara satılıb.

Texniki təhlilə əsasən, Brent nefti üçün 92,58 dollar müqavimət, 91,80 dollar isə dəstək səviyyəsi kimi izlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu