USS George Washington təyyarədaşıyan gəmisinin Yaxın Şərqdən ayrıldığı iddia olunur
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS George Washington təyyarədaşıyan gəmisinin Yaxın Şərqdəki missiyasını başa vuraraq bölgəni tərk etdiyi bildirilir.
AFN.az xəbər verir ki, ABŞ-nin bölgədə təxminən üç aydır xidmət aparan gəmisinin ABŞ-ın 7-ci Donanmasının məsuliyyət zonasına qoşulduğu iddia edilir.
ABŞ Dəniz İnstitutuna (USNI) danışan, adı açıqlanmayan ABŞ Sakit Okean Donanmasının nümayəndəsi USS George Washington təyyarədaşıyan gəmisinin vəziyyəti ilə bağlı məlumat verib.
Donanma rəsmisi təxminən üç aydır Yaxın Şərqdə xidmət aparan gəminin bölgədən ayrılaraq ABŞ-ın 7-ci Donanmasının məsuliyyət zonasına keçdiyini bildirib.
ABŞ-nin The New York Times (NYT) qəzetinin amerikalı hərbi rəsmiyə istinadən yaydığı xəbərdə isə USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin bir neçə gün ərzində Yaxın Şərqə çataraq missiyasına başlayacağı iddia edilmişdi.
