"USS Gerald R. Ford" aviadaşıyıcısı yaxın günlərdə Yaxın Şərqi tərk edəcək



ABŞ-a məxsus "USS Gerald R. Ford" aviadaşıyıcısının yaxın günlərdə Yaxın Şərqdən ayrılacağı və ölkəsinə dönüş yolçuluğuna başlayacağı iddia edilib. 

AFN.az xəbər verir ki, "Washington Post" (WP) qəzetinin adını açıqlamaq istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, gəminin bölgəni tam olaraq nə vaxt tərk edəcəyi hələlik qeyri-müəyyənliyini qoruyur.

Mənbələr Venesueladakı hərbi əməliyyat, eləcə də ABŞ/İsrail-İran müharibəsi daxil olmaqla təxminən 10 aydır xidmətdə olan gəminin 4 500 dənizçi ilə birlikdə geri dönəcəyini bildiriblər.

Rəsmilərdən biri sözügedən aviadaşıyıcının mayın ortalarına doğru Virciniya ştatındakı Norfolk limanına çatmasının gözlənildiyini qeyd edib.

"USS Gerald R. Ford"un aprelin 30-u etibarilə artıq 309 gündür dənizdə olduğu və bunun müasir ABŞ aviadaşıyıcıları üçün rekord göstərici hesab edildiyi vurğulanır.

Gəminin bölgədən ayrılmasına baxmayaraq, "USS George H.W. Bush" və "USS Abraham Lincoln" aviadaşıyıcılarının İranın dəniz blokadasını davam etdirmək üçün Ərəbistan dənizindəki missiyalarını saxlayacağı bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu