"USS Gerald R. Ford"dakı yanğının söndürülməsi 30 saatdan çox çəkib



ABŞ-ın təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford"da martın 12-də baş verən yanğının söndürülməsinin 30 saatdan çox çəkdiyi iddia olunub.

AFN.az xəbər verir ki, "The New York Times" qəzetinin hərbi rəsmilərə və dənizçilərə istinadən yaydığı xəbərə görə, gəmidəki yanğınla bağlı yeni təfərrüatlar məlum olub.

Mənbələr gəminin əsas camaşırxanasında başlayan yanğının söndürülməsinin uzun müddət çəkdiyini və nəticədə yataqları yararsız hala düşən 600-dən çox dənizçinin o gündən bəri yerdə və masaların üstündə yatmaq məcburiyyətində qaldığını irəli sürüblər. Məlumata görə, yanğın quruducu maşının havalandırma dəliyində baş verən nasazlıqdan qaynaqlanıb.

Digər bir hərbi rəsmi bildirib ki, ABŞ Müdafiə Nazirliyi təyyarədaşıyan gəminin xidmət limitlərinin sonuna çatdığını bilir. Hazırda "USS George H.W. Bush" gəmisini "Ford"u əvəz etmək üçün Yaxın Şərqə göndərməyə hazırlayır. Gəmi heyəti xidmət müddətinin may ayına qədər uzadıla biləcəyini, bunun isə dənizdə fasiləsiz bir il keçirmək mənasına gələcəyini iddia edir.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması martın 12-də verdiyi rəsmi bəyanatda yanğının döyüş əməliyyatları ilə əlaqəli olmadığını və texniki nasazlıq səbəbindən çıxaraq nəzarət altına alındığını bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu