ABŞ-ın təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizinə çatıb


ABŞ-ın müdafiə naziri Lloyd Ostin HƏMAS-ın İsrailə qarşı hücumlarından sonra Şərqi Aralıq dənizinə istiqamətləndirməyə qərar verdiyi "USS Gerald R. Ford" təyyarədaşıyan qrupunun bölgəyə çatdığını açıqlayıb.


Lyod Ostin və ABŞ Baş Qərargah rəisi Çarlz "CQ" Braun NATO-nun müdafiə nazirləri toplantısı çərçivəsində NATO qərargahında mətbuat konfransı keçiriblər.

Ostin İsrail dəstəklərini ifadə edərək, bildirib ki, "USS Gerald R. Ford" təyyarə gəmisi qrupu Şərqi Aralıq dənizinə gəlib. "Biz də bölgədəki ABŞ döyüş təyyarəsi donanmasını genişləndirdik. ABŞ Müdafiə Nazirliyi əlavə hərbi elementlər yerləşdirməyə hazırdır" - deyə bildirib.

ABŞ-ın İsrailə hərbi yardımlarının dünən göndərilməyə başladığını ifadə edən Ostin, bunların arasında həyati əhəmiyyətli sursatların da olduğunu və Dəmir Qübbə kimi tanınan hava hücumundan müdafiə sistemi üçün möhkəmlətmə təmin etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu