ABŞ-dan İrana sərt xəbərdarlıq


ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun İrana Fələstin və İsrail arasındakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.



AFN.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Jurnalistin Tehrana hansı mesajın göndərilməsi ilə bağlı sualına cavab olaraq Braun bunu deyib: “Müdaxilə etməyin”.

O əlavə edib ki, ABŞ aviadaşıyıcısının İsrail sahillərinə yerləşdirilməsi Təl-Əvivə dəstək mesajı kimi nəzərdə tutulub.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Birləşmiş Ştatların çəkindirici tədbir olaraq Şərqi Aralıq dənizinə "Gerald Ford" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupunu göndərdiyini açıqlayıb.

Ostin öz bəyanatında həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar tezliklə İsrail Müdafiə Qüvvələrini əlavə avadanlıq və resurslarla təmin edəcək.

Birləşmiş Ştatlar əlavə olaraq Yaxın Şərqdə "F-35" və "F-15" döyüş təyyarələrini yerləşdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu