Amerika qırıcıları Yaxın Şərqə gəlib


Amerikanın "F-15E Strike Eagle" döyüş təyyarələri Yaxın Şərqə gəlib.


Bu barədə ölkənin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Qeyd olunur ki, 494-cü Ekspedisiya Qırıcı Eskadrilyasının təyyarəsi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət daşıdığı əraziyə “ABŞ-ın mövqelərini və Yaxın Şərqdə hava əməliyyatlarını gücləndirmək” üçün gəlib.

Bundan əvvəl CENTCOM məlumat vermişdi ki, Amerikanın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi zərbə qrupu ilə birlikdə Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsi fonunda Aralıq dənizinin şərqinə gəlib. Qeyd olunur ki, təyyarədaşıyan İsrailə düşmən olan dövlətlərin “mövcud vəziyyətdən istifadə etmələrinin” qarşısını almaq üçün “güclü çəkindirmə siqnalı”na çevrilməlidir.

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ABŞ-ın İsrail yaxınlığında ikinci təyyarədaşıyan gəmisini yerləşdirə biləcəyi də məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu