ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərir - media


ABŞ Pentaqonu İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərir.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ hərbçiləri İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texasdan əlavə "Patriot" sistemi göndərmək qərarına gəliblər.

Nəşr həmçinin gələn ay bölgəyə əlavə aviadaşıyıcı qrupunun gələcəyini bildirir. Həmin qrupun Yaxın Şərqdə olan ABŞ-yə məxsus təxminən 20 hərbi gəmiyə qoşulacağı gözlənilir.

Qəzetin məlumatına görə, bu addımlar ABŞ prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə müxtəlif fəaliyyət variantları təqdim etmək məqsədi daşıyır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu