Ukraynaya “Patriot”ların çatdırılması iyulun 23-də müzakirə ediləcək

"Patriot" hava hücumundan müdafiə sistemlərinə malik olan ölkələr, eləcə də Ukraynaya yardım edən donorlar, yəqin ki, iyulun 23-də Kiyevə çatdırılmalarını müzakirə etmək üçün görüşəcəklər.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, iclasa NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı Aleksus Qrinkeviç sədrlik edəcək.
ABŞ prezidenti Donald Tramp Avropa tədarükləri ödəyəcəyi təqdirdə Vaşinqtonun Kiyevə silah və hərbi texnika ötürməyə davam edəcəyini açıqlayıb. O bildirib ki, tədarüklərə 17 "Patriot" sistemi daxil olacaq.