Kulebadan "Patriot" açıqlaması: "Hazırlıqlar başlayıb"


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılması zamanı haqda açıqlama verib.


AFN.az Korrespondent.net-ə istinadən xəbər verir ki, Kuleba rəsmi Vaşinqtonun kompleksləri Kiyevə təhvil vermək üçün hazırlıqlara başladığını deyib. O, u gün keçirdiyi brifinqdə bildirib ki, ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin ölkəsində yerləşdirilməsi ən qısa zamanda başa çatdırıla bilər: “Bu sistemlərin təhvil verilməsi üçün hazırlıqlar artıq başlayıb”.

Qeyd edək ki, Pentaqon ABŞ-da ukraynalı hərbçilərə "Patriot" sistemləri ilə işləmək üçün təlim keçməyi planlaşdırır. Ukrayna Hərbi Hava Qüvvələri NATO ölkələrindən birində təlim keçəcək hərbçilərin siyahısını təsdiqlədiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu