Ukrayna Almaniya ilə Patriot danışıqlarına başlayıb - Dmitri Kuleba


Ukrayna Almaniya ilə Patriot hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı danışıqlara başlayıb.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. O, bildirib ki, Polşanı və digər NATO ölkələrini qorumağın ən yaxşı yolu sözügedən texnikanı Ukraynanın qərb bölgələrində yerləşdirməkdir. Kulebanın sözlərinə görə, Kiyev Varşavanın qərb bölgələrində Patriot hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ideyasını tam dəstəkləyir: “Bu, həm Ukrayna, həm də Polşanın digər NATO ölkələri ilə birlikdə Rusiyanın zərbələrinə qarşı ən yaxşı müdafiə olacaq. Biz Almaniya ilə bu istiqamətdə danışıqlara başlamışıq. ABŞ-la danışıqlarda da bu məsələləri qaldırmışıq, çünki onlar Patriot texnologiyasına sahibdirlər. Mən də NATO və ATƏT nazirlərinin görüşlərindən istifadə edərək, bizə müsbət qərar verməkdə kömək edə biləcək hər kəslə danışıram”.
Nazir ayrı-ayrı alman siyasətçilərinin hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi ilə bağlı səsləndirdiyi narahatlıqlara da münasibət bildirib. Onun sözlərinə görə, AFR artıq Ukraynaya rəşistləri məhv etməyə imkan verən silahlar verib: "Patriot isə mülki insanları işğalçıların hücumlarından qorumaq üçün nəzərdə tutulmuş müdafiə texnikasıdır".
FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu