NATO Patriotun Ukraynaya transferi ilə bağlı tərəddüd edir
"Ukraynaya təhvil verilmiş sistemlərin düzgün işləməsinin təmin edilməsi yenilərinin köçürülməsi qədər vacibdir".
AFN.az UNİAN-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Polşanın Ukraynaya Almaniyanın təklif etdiyi Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirmək çağırışından nəticə çıxarmağın tez olduğunu bilidirib. O, bu barədə Almaniya kansleri Olaf Şolzla görüşdə bildirib. "Almaniyanın Polşanın hava məkanını qorumaq üçün təklif etdiyi üç Patriotla bağlı müzakirəni Ukrayna üçün əlavə hava hücumundan müdafiə məsələsindən ayırmaq vacibdir" - deyə Stoltenberq bildirib. O vurğulayıb ki, Ukrayna istənilən halda öz səmasını Rusiya raketlərindən qorumaq üçün əlavə vasitələrə ehtiyac duyur. Stoltenberq həmçinin əlavə edib ki, artıq təhvil verilmiş sistemlərin düzgün işləməsinin təmin edilməsi yenilərinin ötürülməsi qədər vacibdir. Onun sözlərinə görə, mövcud sistemlər üçün sursata, ehtiyat hissələrinə və texniki xidmətə ehtiyac var.
Xatırladaq ki, Rusiyanın hücumunun dəf edilməsi zamanı Ukraynanın hava hücumundan müdafiə raketləri Polşa ərazisinə düşdükdən sonra Almaniya Varşavaya havadan müdafiə sistemlərini Ukrayna ilə sərhəddə yerləşdirərək Patriot kompleksləri ilə qorumağı təklif etmişdi. Lakin Polşanın baş naziri Mateuş Moravetski Polşa parlamentariləri və müdafiə nazirinin söylədiklərindən sonra təkrararən Berlinə Patriotu Ukraynaya köçürməyi məsləhət görüb. NATO öz növbəsində bildirib ki, Ukraynaya komplekslərin təhvil verilməsi ilə bağlı qərar üçün əlavə məsləhətləşmələrə ehtiyac yoxdur. Belə qərarı Almaniya özü müstəqil şəkildə qəbul edə bilər. Lakin Berlindən Polşa prezidentinin müraciətinə qeyri-müəyyən cavab verildi. Almainyanın müdafiə naziri Christine Lambrecht bildirdi ki, Patriot NATO hava hücumundan müdafiə sisteminin bir hissəsidir və bu məsələ mütləq müttəfiqlərlə müzakirə edilməlidir.