Pekin: Ukraynada davamlı sülh üçün təhlükəsizlik narahatlıqları nəzərə alınmalıdır


Çin Ukraynada davamlı sülhə nail olmaq üçün münaqişənin əsas səbəblərinin aradan qaldırılmasını və bütün tərəflərin təhlükəsizliklə bağlı qanuni narahatlıqlarının nəzərə alınmasını vacib hesab edir.

AFN.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley təşkilatın Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, münaqişə və müharibələrdə qalib tərəf olmur. Onun sözlərinə görə, tərəflər böhrandan nəticə çıxarmalı, təhlükəsizliyin bölünməzliyi prinsipinə əməl etməli və bir-birinin təhlükəsizlik maraqlarına lazımi diqqət yetirməlidirlər.

Sun Ley həmçinin regionda balanslı, səmərəli və dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılmasının vacibliyini qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu