İmişlidə ağır qəza: iki nəfər öldü
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib.
Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



