Norveçin baş naziri: Avropa Rusiyanı təcrid edə bilmədi
Norveçin baş naziri Yonas Qar Störe Avropa ölkələrini Rusiyanın beynəlxalq arenada təcrid edilməsinə nail ola bilmədiklərini etiraf etməyə çağırıb.
AFN.az xəbər verir ki, o, bu barədə "Politico" nəşrinə müsahibəsində danışıb.
Störe Avropalı həmkarlarının Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına görə ünvanladıqları tənqidlərə münasibət bildirərkən Moskvanın beynəlxalq aləmdə təcrid olunmadığını vurğulayıb.
“Gəlin bunu etiraf edək. Kreml təcrid olunmayıb”, – deyə Norveçin baş naziri bildirib.
Onun sözlərinə görə, Avropa Rusiya rəhbərliyi ilə birbaşa dialoqdan imtina etdiyi üçün Moskvanın eşitdiyi yeganə səs Vaşinqtondan gəlir.
Xatırladaq ki, oktyabrın 27-də Yonas Qar Störe Finlandiya Prezidenti Aleksandr Stubbla birlikdə Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət Ukrayna münaqişəsinə həsr olunub.

