Çin XİN-dən üçtərəfli sammit ehtimalı ilə bağlı açıqlama
Çin ABŞ və Rusiya ilə üç ölkə liderinin mümkün görüşünün təşkili məsələsi üzrə təmasları davam etdirir.
AFN.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qо Szyakун keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Pekin Çin, Rusiya və ABŞ liderlərinin görüşü ilə bağlı müvafiq tərəflərlə əlaqə saxlayır. Diplomat mümkün görüşün detalları barədə əlavə məlumatının olmadığını və hazırda açıqlaya biləcəyi başqa təfərrüatın mövcud olmadığını qeyd edib.
