Çin ABŞ-dan əsas maraqlarına hörmət etməyi tələb edib
Çin ABŞ-la silahlara nəzarət üzrə məsləhətləşmələr aparmağa hazır olduğunu, lakin bunun üçün Vaşinqtonun Pekinin əsas maraqlarına hörmət etməli olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı diplomatik nümayəndəliyində keçirilən brifinqdə bəyan edilib.
Bəyanat Çin lideri Si Cinpinin sentyabrın 23-25-də ABŞ-a dövlət səfərinin və Prezident Donald Trampla danışıqlarının yekunlarına həsr olunan brifinqdə səsləndirilib.
Bundan əvvəl Ağ Ev Trampın Si Cinpinin səfəri zamanı ABŞ, Rusiya və Çin arasında silahlara nəzarət üzrə üçtərəfli danışıqların keçirilməsini təklif etdiyini açıqlamışdı. ABŞ administrasiyası mümkün yeni nüvə silahlarının azaldılması razılaşmasına Çinin daxil edilməsində maraqlı olduğunu dəfələrlə bəyan edib.
