Çin ABŞ-la nüvə silahlarının yayılmaması ilə bağlı məsləhətləşmələri dayandırıb


Çin ABŞ-la silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı məsləhətçi danışıqları dayandırdığını açıqlayıb.


Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien paytaxt Pekində keçirilən mətbuat konfransında açıqlama verib. Lin bəyan edib ki, Çin və ABŞ arasında silahlara nəzarət və yayılmamaq üzrə siyasi məsləhətləşmələr atmosferi ABŞ tərəfindən pozulub.

Bu kontekstdə məsləhətləşmələri dayandırdıqlarını ifadə edən Lin, “ABŞ Çinin qəti etirazına və təkrarlanan bəyanatlarına məhəl qoymadan Tayvana silah satmağa davam etdi və Çinin əsas maraqlarına ciddi zərər verən və qarşılıqlı siyasi etimadı sarsıdan bir sıra mənfi hərəkətlər etdi" - deyə qeyd edib.

Lin Çinin Birləşmiş Ştatlarla beynəlxalq silahlara nəzarət məsələlərində qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı fayda üçün əməkdaşlıq əsasında ünsiyyəti davam etdirməyə hazır olduğunu bildirib.

Sözçü ABŞ-ın Çinin əsas maraqlarına hörmət etməli və iki tərəf arasında dialoq üçün lazımi şərait yaratmalı olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu