Kreml Çinin nüvə potensialını artırmasından narahat deyil
Çinin nüvə potensialının artırılması narahatlıq doğurmur, bu, ciddi təhlükəsizlik problemləri ilə üzləşən ölkənin suveren hüququdur.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu bizim narahatlığımıza səbəb deyil, bizim qabaqcıl strateji tərəfdaşlıq münasibətlərimiz var. Biz siyasi dialoqun və iqtisadi qarşılıqlı fəaliyyətin ən qabaqcıl mərhələsindəyik. Belə olan halda, təbii ki, regionda öz təhlükəsizliyi üçün çox ciddi problemlərlə üzləşən Çin məqsədəuyğun hesab etdiyi addımları atır. Bu, Çinin tamamilə suveren hüququdur”, - Peskov Kremlin Çinin 2019-cu ildən 2023-cü ilin may ayına qədər olan dövr ərzində 290-dan 500-ə qədər nüvə silahı istehsal etməsi ilə bağlı narahatlığına dair sualı cavablandıran zaman qeyd edib.