İsveç NATO-nun müdafiə tələblərini maliyyələşdirməkdə çətinlik çəkir


İsveç NATO qarşısında götürdüyü müdafiə xərcləri öhdəliklərini yerinə yetirmək üçün nəzərdə tutulan təxminən 27 milyard avroluq borclanmanın belə kifayət etməyəcəyini hesab edir.

AFN.az xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Qeyd edək ki, İsveç parlamenti 2025-ci ilin iyununda 2032-ci ilədək müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun 3,5 faizinə çatdırmaq məqsədilə 27 milyard avro borc vəsaitindən istifadəni təsdiqləyib.

Parlamentin Müdafiə Komitəsinin sədri Yorgen Berqlund bildirib ki, NATO-nun tələblərinin yerinə yetirilməsi gözləniləndən daha mürəkkəb və baha başa gəlir. Onun sözlərinə görə, öhdəlikləri tam icra etmək üçün əlavə nə qədər vəsaitə ehtiyac olduğu hələ müəyyənləşdirilməyib.

Qəzetin məlumatına görə, maliyyə çatışmazlığının bir neçə səbəbi var. Müdafiə xərcləri kimi nəzərə alınan bəzi infrastruktur layihələri planlaşdırıldığından daha uzun müddət tələb edir. Eyni zamanda, ordunun hərbi texnikasının vəziyyətinin əvvəl düşünüləndən daha pis olduğu üzə çıxıb. Silahlanmanın genişlənməsi fonunda hərbi avadanlıqların qiymətləri də artır.

Berqlund hesab edir ki, əlavə maliyyə ehtiyacının dəqiq müəyyənləşdirilməsi və problemin həlli növbəti hökumətin qarşısında duran əsas məsələlərdən biri olacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu