Sloveniya NATO-nun müdafiə xərcləri ilə bağlı tələbini yerinə yetirəcək


Sloveniya NATO qarşısındakı öhdəliklərini yernə yetirməyə və hərbi xərclərini ilin sonunadək ÜDM-in 2%-nə qədər artırmağa hazırdır.

AFN.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Valentin Haydinyak Brüsseldə alyansdakı həmkarları ilə görüşdən əvvəl bəyan edib.

Sloveniyanın "24ur" portalının məlumatına görə, nazir deyib: "Müttəfiqlərə bəyan etmək istəyirəm ki, Sloveniya öz öhdəliklərinə ciddi yanaşır və ümumi müdafiənin təmin edilməsində üzərinə düşən məsuliyyəti daşımağa hazırdır".

Haydinyak qeyd edib ki, hökumətin məqsədi ilin sonunadək müdafiə büdcəsini ÜDM-in 2%-nə çatdırmaqdır ki, bu da təxminən 300 milyon avro təşkil edir. Bu addım Ankara sammitinədək yekunlaşdırılacaq xüsusi proqram çərçivəsində reallaşdırılacaq.

Xatırladaq ki, NATO-nun bütün üzv ölkələrinin hərbi xərclərini maksimum 10 il ərzində ÜDM-in 2%-nə çatdırmaq barədə qərar 2014-cü ilin sentyabrında Uels sammitində qəbul edilmişdi. 2025-ci ilin iyununda Haaqa sammitində isə blok bu xərcləri 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə yeni qərar qəbul edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu