Stoltenberq: Avropanın hərbi xərclərinin üçdə ikisi hərbi sifarişlər üçün ABŞ-a gedir


Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi son iki ildə ABŞ-dan alınan yeni sifarişlərə yönəlib.


AFN.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Bu gün 20-dən çox NATO ölkəsi müdafiəyə 2%-dən çox pul xərcləyir və bu vəsaitin çoxu son iki il ərzində ABŞ-dakı hərbi sifarişlərə yönəlib. Sifarişlərin həcmi təqribən 140 milyard dollar təşkil edib”, - deyə Stoltenberq NATO-nun ABŞ üçün əhəmiyyətinə diqqət çəkib.

O, bildirib ki, ballistik raketlər, strateji sualtı qayıqlar və beynəlxalq terrorizm əsrində Atlantik okeanı Amerikanı qoruya bilməz: "ABŞ-ın Avropadakı hərbi müttəfiqlərinə məhz buna görə ehtiyacı var. Mən ABŞ-ın üç prezidenti ilə işləmişəm və onların hamısı NATO-nu dəstəkləyib".

Stoltenberq NATO-nun 2014-cü ildə Uelsdə keçirilən sammitində hər bir NATO ölkəsinin hərbi xərclərini ÜDM-nin 2%-nə çatdırmaq məqsədinin qoyulduğunu xatırladıb: "Sonra “Rusiya təhlükəsi” tezisindən istifadə edildi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu