Stoltenberq qarşıdan gələn alyans sammitinin Ukrayna üçün əhəmiyyətindən danışıb


NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs sammitinin Ukraynanı alyansa yaxınlaşdıracağını bildirib.


NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynanı Şimali Atlantika Alyansına yaxınlaşdıran çoxillik hərbi dəstək proqramı mövzusuna toxunulacaq.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq hərbi-siyasi blokun rəsmi saytında yayımlanan mətbuat konfransında deyib.

“Vilnüs sammitində biz Ukraynanı alyansa yaxınlaşdırmaq, Ukrayna-NATO Şurası yaratmaq və Ukrayna üçün çoxillik hərbi təchizat proqramı təqdim etmək niyyətindəyik”, - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu