Stoltenberq: "İsveç Vilnüs sammitinə qədər alyansa qoşula bilər"


NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç iyulda, təşkilatın Vilnüsdə keçiriləcək sammiti zamanı Alyansa qoşula bilər.


O, bu barədə PBS telekanalına müsahibəsində bildirib.

“Mən əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq. Və ola bilsin ki, bu, gələn ay Vilnüsdə keçiriləcək NATO sammiti zamanı baş versin, lakin mən buna zəmanət verə bilmərəm”, - deyə baş katib bildirib.

Onun sözlərinə görə, İsveç NATO-nun tərəfdaşı statusunu alaraq təşkilatın strukturuna getdikcə inteqrasiya edir, lakin tam ratifikasiyaya ehtiyac var.

Stoltenberq qeyd edib ki, İsveçin mümkün qədər tez Şimali Atlantika Alyansına üzv olması üçün hər cür səy göstərilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu