Norveçin baş naziri: İsveç Vilnüsdə keçiriləcək sammitdə NATO-ya qəbul olunacaq


Norveçin baş naziri Yonas Qahr Stere NATO-nun Vilnüsdə keçiriləcək qarşıdakı sammitində İsveçi alyansa qəbul edəcəyini bildirib.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"İsveçin üzvlüyü NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində təsdiqlənməlidir. İsveç bir neçə onilliklər əvvəl Şimali Atlantika Alyansına üzv olmalı idi". Bunu isə İsveçin müdafiə naziri Pol Yonsson deyib. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri iyulun ortalarında keçiriləcək NATO sammitinə qədər ölkənin Alyansa üzv olacağına ümid etdiyini bildirib.

Ukraynanın NATO-ya üzvlüyünün perspektivlərindən danışan İsveçin müdafiə naziri dəqiqləşdirib ki, bu məsələnin müzakirəsi üçün İsveç özü də təşkilata qoşulmalıdır.

Aprel ayında Pentaqon rəhbəri Lloyd Austin iyulun Vilnüs sammitindən əvvəl İsveçin NATO-ya üzv olacağına ümid etdiyini bildirib. Bundan əvvəl İsveç radiosu İsveçin ən azı sentyabr ayına qədər NATO-ya üzv olmamasını təklif etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu