İsveç alyansa qoşulmazdan əvvəl NATO qoşunlarını yerləşdirməyə hazırdır


İsveç Şimali Atlantika Alyansına rəsmi daxil olmamışdan əvvəl NATO-ya öz ərazisində qoşun yerləşdirməyə icazə verəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson və müdafiə naziri Paul Jonsson belə deyib. Onun yerli mediada dərc olunan məqaləsində qeyd edilir ki, hökumət İsveç Silahlı Qüvvələrinin NATO və NATO ölkələri ilə gələcəkdə birgə əməliyyatlara imkan yaratmaq üçün hazırlıq görməsinə qərar verib.

"Bu hazırlıq tədbirləri xarici texnika və personalın İsveç ərazisinə müvəqqəti yerləşdirilməsindən ibarət ola bilər. Bu qərar Rusiyaya açıq siqnal göndərir və İsveçin müdafiəsini gücləndirəcək", - deyən siyasətçilər Rusiyanın yaxın gələcəkdə qonşu ölkələr üçün təhlükə olaraq qalacağını bildirilər. "Çünki Rusiya Prezidenti Vladimir Putinin ərazi ambisiyalarının miqyasından məlum deyil".

İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya silahlı hücumu səbəbindən NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstanın etirazları gecikməyə səbəb oldu, lakin Stokholm indi NATO-nun iyul ayında Litvada keçiriləcək sammitində alyansa qoşulmağa ümid edir. Rusiya ilə uzun ortaq sərhədi paylaşan İsveçin qonşusu Finlandiya aprel ayında NATO-ya üzv olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu