Qətər ABŞ və İran arasında müharibənin diplomatik yolla bitəcəyinə ümid edir
Qətər ABŞ və İran arasında münaqişənin diplomatik yolla nizamlanması istiqamətində müsbət irəliləyiş müşahidə olunduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Haşimi bildirib.
Diplomat qeyd edib ki, mediada yaxın vaxtlarda hərbi zərbə endiriləcəyi ilə bağlı xəbərlər yayılsa da, tərəflər arasında vasitəçilik səyləri davam edir və həm Vaşinqtondan, həm də Tehrandan diplomatik həllin vacibliyinə dair müsbət bəyanatlar səsləndirilir.
Onun sözlərinə görə, danışıqlarda irəliləyiş var və vasitəçilər tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün fəal səylər göstərirlər.
Əl-Haşimi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Taninin bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşün də müsbət atmosferdə baş tutduğunu bildirib. Görüşdə əsas diqqət danışıqlarda irəliləyişə nail olunmasına yönəlib.

