Qətər vasitəçiliyini davam etdirir


Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani İsrailin Rəfaha qurudan hücumlarının tərəflər arasında atəşkəs danışıqlarını və əsir mübadiləsini gecikdirdiyini, lakin vasitəçilik səylərinin davam etdiyini bildirib.


Qətərin paytaxtı Dohada bu gün başlayan və iki gün davam edəcək Qətər İqtisadi Forumunun açılış iclasında mətbuata açıqlama verən Əl Tani, “İsrailin Rəfahdakı hərbi əməliyyatı atəşkəs danışıqlarını gecikdirdi. Lakin Qədər son fasilələrə baxmayaraq vasitəçiliyini davam etdirir" - deyə qeyd edib.

Qətərin vasitəçiliyi sayəsində İsrailin hücumlarının başlamasından bu yana ilk və yeganə atəşkəs çərçivəsində Qəzza zolağında 109 girovun azad edildiyini xatırladan Əl Tani, "Rolumuzun vasitəçiliklə məhdudlaşdığı hər kəsə aydındır. Hazırda diqqət vasitəçilik, müharibənin dayandırılması və girovların xilas edilməsi üzərindədir" - əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu