Qətər xarici işlər naziri: Qəzza Fələstin rəhbərliyi altında olmalıdır


Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Qəzzanın Fələstin ərazisinin bir hissəsi olduğunu və Fələstinlilər tərəfindən idarə edilməli olduğunu bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Yaxın Şərq turu çərçivəsində paytaxt Dohaya gələn amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında Qəzzadakı hadisələrlə bağlı açıqlamalar verib.

Danışıqlar prosesinin davam etdiyini, lakin bəzi çətinliklərlə üzləşdiklərini qeyd edən Əl Tani, “Həmasın yüksək səviyyəli rəsmilərindən birinin (HƏMAS-ın Siyasi Büro Rəhbər müavini Salih əl-Arurinin) öldürülməsi bu mürəkkəb prosesə təsir edə bilər” - deyə qeyd edib.

Əl Tani çətinliklərə baxmayaraq, tərəflərlə danışıqları davam etdirdiklərini və Qəzzada atəşkəsin əldə edilməsi, yardım axınının artırılması və məhbusların azad edilməsi ilə bağlı ən qısa zamanda razılığa gəlməyə çalışdıqlarını deyib.

Əl Tani vurğulayıb ki, Qəzza Fələstin ərazisinin bir hissəsidir, Fələstin idarəsi altında olmalıdır və burada yalnız Fələstin xalqı qərar vermək hüququna malikdir.

Yaxın Şərq turu çərçivəsində Türkiyə və İordaniyadan sonra Qətərə gələn Blinkenin səfər prqoramında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İsrail, Misir və İordan çayının qərb sahili də var.

Səfər çərçivəsində Blinken Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani ilə də görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu