Aİ Rusiya ilə dialoq aparmaq üçün bir neçə nümayəndə təyin edə bilər


Avropa İttifaqında (Aİ) Rusiya ilə dialoq aparmaq üçün bir və ya bir neçə danışıqlar nümayəndəsinin təyin edilməsi məsələsi müzakirə olunur.

AFN.az xəbər verir ki, bu barədə Lüksemburqdan olan Avropa Parlamentinin deputatı Fernan Kartayzer “İzvestiya” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Aİ Şurasında bir və ya bir neçə danışıqlar nümayəndəsinin təyin edilməsi məsələsi müzakirə edilir.

Kartayzer qeyd edib ki, Aİ-yə üzv dövlətlərin mövqeləri ciddi şəkildə fərqlənir. Bəzi ölkələr danışıqlar prinsipinə şübhə ilə yanaşdığı halda, digərləri Rusiya ilə ikitərəfli münasibətləri mümkün qədər normallaşdırmağa çalışır. Deputatın fikrincə, bir neçə nümayəndənin təyin edilməsi İttifaq daxilindəki fərqli mövqeləri daha yaxşı əks etdirə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu