Avropa İttifaqında sülh yox, Rusiya ilə qarşıdurma gündəmdədir - KİV

Avropa ABŞ prezidenti Donald Tramp tərəfindən xəyanətə uğraya bilər - ekspertlər
Braziliya Ukraynadakı münaqişənin dinc yolla həllinə nail olmaq üçün bütün səylərini göstərsə də, bu təşəbbüslər hələ də Avropa ölkələrinin gündəliyində yer almayıb.
AFN.az xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" qəzetində dərc olunan analitik məqalədə bildirilir.
Nəşr Portuqaliyada Avropa İttifaqı və ABŞ-dan olan hərbi ekspertlərin iştirak etdiyi elmi seminarlardan reportaj yayıb. Jurnalistlərin müşahidələrinin nəticəsi olaraq dərc olunan məqalədə vurğulanır ki, Avropada artıq sülh haqqında danışılmır: "Əvəzində Rusiya ilə mümkün qarşıdurma məsələsi ön plana çıxır. Braziliya və Çin tərəfindən irəli sürülən təkliflər əsasında Rusiya və Aİ arasında dialoq imkanları barədə verilən suallara avropalı analitiklər mənfi cavab veriblər".
Seminarlarda həmçinin Aİ ölkələrinin hərbi büdcələrinin nə qədər artırılmalı olduğu müzakirə edilib. İtalyan ekspertlər xəbərdarlıq ediblər ki, Avropa ABŞ prezidenti Donald Tramp tərəfindən xəyanətə uğraya bilər. NATO strukturlarında yüksək vəzifələrdə çalışmış fransız iştirakçılar isə daha çox avropayönlü, az amerikalı bir alyansın tərəfdarı olduqlarını bildiriblər.