Orban Ukrayna münaqişəsinin həlli ilə bağlı Aİ liderlərinə təkliflər göndərib


Macarıstanın baş naziri Viktor Orban iyulun 2-dən iyulun 11-dək Rusiya, ABŞ və Ukraynaya səfər etdiyi sülhməramlı missiyasının nəticələrinə uyğun olaraq Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı Avropa İttifaqı ölkələrinin liderlərinə təkliflər göndərib.


AFN.az-ın TASS-a istinadən xəbərinə görə, onun siyasi müşaviri və adaşı Balazs Orban Macarıstanın fəaliyyət planının bütün Avropa hökumət başçılarının masasında olduğunu deyib.

“Baş nazir danışıqların birinci mərhələsinin nəticələri, sülh missiyası və Macarıstanın təklifləri barədə Avropa Şurasının liderlərini yazılı şəkildə məlumatlandırıb. Əgər Avropa sülh istəyirsə və hərbi münaqişənin həllində və qan tökülməsinə son qoyulmasında həlledici söz sahibi olmaq istəyirsə, o zaman o, indi öz siyasi kursunda dəyişiklik hazırlayıb həyata keçirməlidir”, - deyə hökumət başçısının müşaviri bildirib.

Balazs Orbanın sözlərinə görə, bu plana vəziyyətin real qiymətləndirilməsi, real hədəflər və fəaliyyət üçün uyğun vaxt cədvəli daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu