Ukraynada sülh Aİ və ABŞ-da keçiriləcək seçkilərdən asılıdır - Orban
Sülhsevər qüvvələr Avropa Parlamentinə seçkilərdə və ABŞ prezident seçkilərində qalib gəlsələr, Ukraynada münaqişənin həllinə ümid etmək mümkündür.
AFN.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinə seçkilərdə səs verdikdən sonra seçki məntəqəsində jurnalistlərlə söhbətində deyib.
TASS-ın jurnalistinin "Ukraynada sülhün nə vaxt bərqərar olacağını gözləmək olar" sualını cavablandıran hökumət başçısı bütün Aİ ölkələrində keçirilən hazırkı Avropa Parlamenti seçkilərinin əsas mövzusunun müharibə və sülh məsələsi olduğunu izah edib. Baş nazir vurğulayıb ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri bu istiqamətdə ikinci addımdır: "Avropa və ABŞ-da keçirilən seçkilərdə qələbə sülhsevər insanların olarsa, Ukraynada sülh bərqərar ola bilər".