Bu şəxslərin maaşı 3600 manat oldu


Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin aylıq vəzifə maaşları müəyyənləşib.

AFN.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan, dövlət adından təsis edilən və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərləri üçün aylıq vəzifə maaşı 3600 manat, rəhbər müavinləri üçün isə 3115 manat müəyyən edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu