Gələn il şəhid ailələrinə və müharibə əlillərinə 600 mənzil veriləcək


2027-ci ildə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 600 mənzilin alınması planlaşdırılır.

AFN.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə büdcə layihələrinin müzakirəsi zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, mənzillərin alınması üçün gələn il 40 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, əlilliyi müəyyən edilmiş şəxslərin isə reabilitasiya vasitələri ilə təminatına 30 milyon manatdan artıq vəsaitin yönəldilməsi planlaşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu