Şimali Koreya yeni hava hücumundan müdafiə raket sistemini sınaqdan keçirib



Şimali Koreya təkmilləşdirilmiş hava hücumundan müdafiə raket sisteminin sınağını keçirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Şimali Koreya dünən yeni layihələndirilmiş təkmilləşdirilmiş hava hücumundan müdafiə raket sisteminin sınaq atışını həyata keçirib.

Sınaq atışının sistemin texniki xüsusiyyətlərini, etibarlılığını, hədəfləri tanıma və izləmə imkanlarını yoxlamaq məqsədilə keçirildiyi bildirilib.

Məlumatda, həmçinin dünən uzaqmənzilli strateji qanadlı raketlə şərti hava hədəfinə zərbə endirilməsi üzrə təlimin keçirildiyi qeyd olunub.

Cənubi Koreya ordusu Şimali Koreyanın dünən səhər saatlarında Yapon dənizi istiqamətində çoxsaylı raketlər buraxdığını açıqlamışdı.

Şimali Koreya şənbə günü də taktiki ballistik raketlərə quraşdırılmaq üçün nəzərdə tutulan kaset bombasını sınaqdan keçirmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu