Hörmüz boğazında iki neft tankeri və yedək gəmisi yanıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçərkən iki neft tankerinin və bir yedək gəmisinin alovlandığını açıqlayıb.
AFN.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı açıqlamada gecə saatlarında Hörmüz boğazının cənub marşrutu ilə hərəkət etməyə çalışan neft tankerinin minaya düşərək alovlandığı bildirilib.
Açıqlamada, həmçinin Hörmüz boğazının şərq hissəsində supertankerdə yanğın baş verdiyi və yanğını söndürmək üçün gəmiyə yaxınlaşan yedək gəmisinin də alovlandığı qeyd olunub.
İnqilab Keşikçiləri Korpusu ABŞ-nin İranın “Şahid-136” tipli kamikadze pilotsuz uçuş aparatının (PUA) surətini çıxararaq “Lucas” adı ilə hazırladığı iki kamikadze PUA-nın da bölgədə elektron müharibə sistemləri vasitəsilə təhlükəsiz şəkildə endirilərək ələ keçirildiyini bildirib.

