BƏƏ-də neft hasilatı bölgəsində PUA hücumu səbəbindən yanğın baş verib



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə Əmirliyində neft hasilatı bölgəsinə təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın baş verdiyi bildirilir.

AFN.az xəbər verir ki, Füceyrə Hökuməti Media Ofisi tərəfindən "X" sosial media platformasındakı hesabından verilən bəyanatda "Füceyrə Neft Sənayesi Bölgəsinin PUA tərəfindən hədəf alınması nəticəsində yanğın çıxıb" ifadəsinə yer verilib.

Hadisə zamanı hər hansı bir can itkisi və ya yaralanmanın olmadığı bildirilən bəyanatda mülki müdafiə qruplarının yanğını nəzarət altına almaq üçün dərhal müdaxilə etdiyi vurğulanıb. PUA-nın mənbəyi barədə məlumat verilməzkən, əhalidən əsassız şayiələrə inanmamaları istənilib.

Qeyd edək ki, İranın ABŞ və İsrail hücumlarına cavab tədbirləri çərçivəsində hədəf aldığı BƏƏ qısa müddət əvvəl hava məkanını təhlükəsizlik məqsədilə müvəqqəti və qismən bağladığını, raket və PUA hücumlarının qarşısını almağa çalışdığını açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu