Səudiyyə Ərəbistanı: Ölkəni hədəf alan 31 PUA məhv edilib
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi paytaxt Ər-Riyad ilə ölkənin şərq bölgəsini hədəf alan 31 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Müdafiə Nazirliyinin "X" sosial media platformasındakı hesabından edilən bəyanatda sözügedən PUA hücumları barədə məlumat verilib.
Bəyanatda ölkənin şərq bölgəsi və paytaxt Ər-Riyada atılan 31 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib. Məhv edilən PUA-ların haradan göndərildiyi və hər hansı bir xəsarət və ya can itkisinə səbəb olub-olmadığı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, İran fevralın 28-dən bəri ABŞ-İsrail hücumlarına cavab olaraq 7 ərəb ölkəsindəki ABŞ bazaları və kritik nöqtələrinə raket və PUA hücumları təşkil edir.
