BƏƏ-də HHM sistemləri İrandan gələn hücumu dəf edib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edir.

AFN.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfindən gələn raket zərbələri və pilotsuz uçuş aparatları təhdidlərinə reaksiya verir", — deyə qurumun bəyanatında qeyd olunub.

Müdafiə Nazirliyi həmçinin bildirib ki, eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin nəticəsidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu