Prezidentin oğlu və gəlini Zəfər Parkını ziyarət ediblər - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və həyat yoldaşı Alyona Əliyeva Zəfər Parkını ziyarət ediblər.
AFN.az xəbər verir ki, Alyona Əliyeva ziyarət zamanı çəkilən fotoları sosial şəbəkə hesabında paylaşıb.
A.Əliyeva paylaşımında 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edib:
“8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.


