Yaponiyada 5,7 maqnitudalı zəlzələ: 20-dən çox yaralı var
Yaponiyanın mərkəzi hissəsində baş verən 5,7 maqnitudalı zəlzələ nəticəsində Ayçi və Şizuoka prefekturalarında 20-dən çox insan yaralanıb.
AFN.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) Şizuoka prefekturasının qərbində yerli vaxtla saat 01:04-də 5,7 maqnitudalı zəlzələnin baş verdiyini açıqlayıb.
Zəlzələ nəticəsində Ayçi və Şizuoka prefekturalarında 20-dən çox insan xəsarət alıb.
Təxminən 40 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Lakin yeraltı təkanlar səbəbindən bölgədə bəzi qatar reyslərində fasilələr yaranıb.
Rəsmilər bu zəlzələnin Ayçi prefekturasında təxminən 30 il ərzində hiss edilən ən güclü yeraltı təkan olduğunu bildiriblər.

