Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib



Yaponiyanın sahillərində zəlzələ qeydə alınıb.

AFN.az xəbər verir ki, baş vermiş hadisə barədə ABŞ Geoloji Xidmətinin mütəxəssisləri məlumat yayıb.

Yeraltı təkanlar arxipelaqın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında hiss olunub.

Seysmoloqların məlumatına görə, zəlzələnin maqnitudası 6,1 təşkil edib.

Zəlzələnin episentri keçmiş Hirara şəhərindən 136 kilometr şimal-şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Bununla belə, Miyako adasında Yaponiya silahlı qüvvələrinin bazası yerləşir.

İyunun 25-də isə Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ baş vermişdi. Onun episentri də okeanda, İvate prefekturasının Kudzi şəhərindən 30 kilometr şərqdə qeydə alınmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu