Çində baş verən zəlzələ nəticəsində 100-dən çox adam ölüb


Çinin şimal-qərbindəki Qansu əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.


Əl-Cəzirə telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində 100-dən çox insan həlak olub.

Zəlzələ dekabrın 19-na keçən gecə baş verib. Episentri on kilometr dərinlikdə yerləşir.

Yerli vaxtla səhər saat 7:50-yə olan məlumata görə, ölənlərin sayı 105-ə çatıb, daha 397 nəfər yaralanıb. Hadisə həmçinin 4700-dən çox evə ziyan vurub, bəzi kəndlərdə elektrik və su təchizatında fasilələr yaranıb.

Bundan əvvəl Çində 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri təxminən 506 min nəfər əhalisi olan Kaşqar şəhərindən 190 kilometr şimal-şərqdə yerləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu