İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib


İndoneziyanın cənub bölgələrindəki Şərqi Nusa Tengqara əyalətində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.


İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi 6,1 bal gücündə zəlzələnin episentrinin Kupanq şəhərindən 21 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

Yerin təxminən 36 kilometr dərinliyində baş verən zəlzələ bölgədə çaxnaşma yaradıb və bir çox binaya cüzi ziyan vurub.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinə bağlı Zəlzələ və Sunami Mərkəzinin rəsmilərindən Daryono X sosial media platformasında verdiyi açıqlamada zəlzələnin quruda baş verdiyi üçün sunami riskinin olmadığını bildirib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Ötən il İndoneziyanın Qərbi Yava əyalətində baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu